Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Deputat müəllimlərin həm sertifikasiyadan, həm də diaqnostik qiymətləndirmədən keçirilməsini düzgün saymayıb. O hesab edir ki, bu proseslərdən biri həyata keçirilməlidir: "Sertifikasiya olacaqsa, diaqnostik qiymətləndirmənin olmasına nə ehtiyac var?! Qanunda yazılır ki, müəllim 5 ildən bir sertifikasiyadan keçməlidir. Müəllim onda aradakı müddətdə də diaqnostik qiymətləndirmədən keçməlidir? Bu məsələ sual doğurur".
