Notariat Palatası yaradılmasının əhəmiyyəti
28 may 1918-ci ildə Şərqdə ilk parlamentli dövlət kimi yaradılan Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyət göstərmişdir. Ötən il 100 illiyini qeyd etdiyimiz bu Cümhuriyyət cəmi 23 ay yaşasa da, milli dövlətçiliyin yaranmasında böyük rol oynamış və xüsusi diqqət yetirdiyi sahələrdən biri də ədliyyə sistemi olmuşdur. Belə ki, Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin yaradılması ilə bir gündə - 1918-ci il may ayının 28-də təsis edilmişdir. O vaxt Rusiya imperiyasından Azərbaycana miras qalan və iflic vəziyyətdə olan ədliyyə sisteminin bərpası və yeniləşməsi istiqamətində xeyli işlər görülmüş, zəruri tədbirlər həyata keçirilmişdir.
200 ilə yaxın tarixi olan Azərbaycan notariatının fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusi önəm verilib. Ədliyyə Nazirliyi tərəfindən Bakı və Gəncə dairə məhkəmələrinin böyük notarius kontorlarının və tabeliyindəki özəl notariusların fəaliyyəti yaxşılaşdırılıb, onların sayının artırılması ilə bağlı qərarlar qəbul edilib. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən devrildiyinə görə İnqilab Komitəsi may ayının 13-də Ədliyyə Nazirliyinin fəaliyyətini dayandırır. Əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılır və onun funksiyaları müəyyənləşdirilir. 1930-cu ildə isə bu komissarlıq ləğv edilərək onun səlahiyyətləri prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilir. Cəmi üç ildən sonra SSRİ hökuməti Xalq Ədliyyə Komissarlığını yenidən bərpa edir. Bu da çox uzun sürmür və 1937-ci ildə komissarlığın yeni Əsasnaməsi təsdiq edilir, onun səlahiyyətləri xeyli məhdudlaşdırılır, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olur.
Təsəvvür etmək çətin deyil ki, bu illər ərzində və volyuntarist qərarlar nəticəsində Azərbaycanda ədliyyə sistemi, o cümlədən notariat fəaliyyəti hansı çətin mərhələlərdən keçmişdir. Bütün bunlar azmış kimi, 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilir. Məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunur. Eyni zamanda Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilir və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülür. Əslində ifrat dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə olunmasına yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi. Bunu nəzərə alan Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edilir.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunur, sabit fəaliyyəti təmin edilir. Nazirlik məhkəmə orqanlarında təşkilati rəhbərliyi həyata keçirir, əhaliyə hüquqi yardım yaxşılaşdırılır, notariat fəaliyyəti və məhkəmə ekspertizalarının aparılması təmin olunur. Ümumiyyətlə, ədliyyə işi, o cümlədən notariat xidməti təkmilləşdirilir, onun gələcək inkişafı üçün əlverişli zəmin yaranır.
Azərbaycan ədliyyə ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmır. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ümummilli liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilir, nazirliyin səlahiyyətləri genişlənir, cəmiyyətdə rolu artır.
Ulu öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən ümummilli lider Heydər Əliyev tərəfindən mütərəqqi hüquqi islahatlar aparılmaqla notariat sistemi yeni mərhələyə qədəm qoyub. Bu sistemin fəaliyyətini tənzimləyən “Notariat haqqında” Qanun qəbul olunub. Sonrakı illərdə dövlətimizin başçısı İlham Əliyevin ədliyyə fəaliyyətinin müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq aparılan islahatlar çərçivəsində notariat təsisatının təkmilləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üzrə ardıcıl işlər həyata keçirilir.
Görülən tədbirlər nəticəsində ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılaraq geniş tətbiq olunur. Eyni zamanda, “e-hökumət” prinsipləırinə uyğun olaraq əhaliyə geniş elektron xidmətlər göstərilir, nazirliyin “e-xidmətlər” bölməsi vasitəsilə vətəndaşlara notariat hərəkətlərinin aparılması qaydalarına, tələb olunan sənədlərə və rüsumların məbləğlərinə dair məlumatlarla tanış olmaq, müvafiq çıxarışlar əldə etmək, banka getmədən bütün ödənişləri kart vasitəsilə nağdsız həyata keçirmək imkanı yaradılıb. Təkcə 2018-ci ilin ilk aylarında nazirliyin elektron xidmətlərindən, o cümlədən notariat fəaliyyəti ilə bağlı 2 milyondan çox insan faydalanıb.
Müasir texnologiyalardan istifadə etməklə, həmçinin “Elektron notariat” informasiya sistemi qurularaq, onun əsasnaməsi qəbul olunub. Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən belə sistemi vasitəsilə notariat kontorları vahid şəbəkədə birləşdirilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirib. Bu günədək həmin sistemdə 17 milyondan artıq aparılmış notariat hərəkəti barədə məlumat toplanıb.
Qeyd etmək yerinə düşər ki, ictimai xidmətlərin müasir modeli olan “ASAN” mərkəzlərində 200 şəxsin çalışdığı notariat orqanların tərəfindən 2018-ci ilədək üç milyon yarım əməliyyat aparılmaqla vətəndaş məmnunluğuna nail olunub. Təkcə bir fakta diqqət yetirmək kifayətdir: bu günədək mərkəzlərdə verilən sənədlərin 41 faizi məhz notariat orqanlarının payına düşür və bu göstərici ilbəil artır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə Prezidentinin 17 yanvar 2019-cu il tarixli Fərmanında deyilir: “Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilsin.
Sonda bir qədər də ölkəmizdə Notariat Palatası yaradılmasının əhəmiyyətinə toxunmaq istərdim. Məlum olduğu kimi, bu məsələ “Notariat haqqında” Qanunda öz əksini tapıb. Həmin Qanunun 26-2 maddəsində qeyd olunduğu kimi, Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Palatanın idarə olunması qaydası isə onun nizamnaməsi ilə müəyyən edilir.
Palatanın səlahiyyətləri 26-2 maddəsində aydın göstərilib:
1) müvafiq icra hakimiyyəti orqanına notariat fəaliyyətinin səmərəli təşkilində yardım etmək;
2) notariusların peşə hazırlığının artırılması məqsədilə təlimlərin və notarius olmaq istəyən şəxslərin hazırlığının təşkilində iştirak etmək;
3) notariat təcrübəsinin formalaşdırılması üçün notariat hərəkətləri üzrə ümumiləşdirmələr aparmaq;
4) notariat fəaliyyətini tənzimləyən normativ hüquqi hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;
5) digər ölkələrin notariusları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.
Göründüyü kimi, Notariat Palatasının yaradılması bu sahədə işlərin daha da təkmilləşdirilməsinə hesablanıb. Sözsüz ki, bu da ölkəmizdə demokratik və hüquqi dövlətin yaranmasında irəliyə atılan daha bir müsbət tendensiyadan xəbər verir.