Sizin reklam burada
Sizin reklam burada
  • İlqar Həkim


    İlqar Həkim

    (Yusubov)



    İki mərddən biri uduza bilər!


    Qartal  göyə atıb, daşlara çalar

    Tısbağada  çanaq birşey deyilmiş.

    Yola yoldaş olsa mənzil qısalar

    İkisi bacanaq birşey deyilmiş.


    Hər an ömür -günün bir gərdişidi

    Xislətdə  əyrilik soy  vərdişidi.

    Havalanıb yazmaq tale işidi

    Yazıb havalanmaq, birşey deyilmiş.


    Nadanlar dil töküb, baş yoza  bilər

    Qan yatıran başa, qan sıza  bilər.

    İki mərddən biri uduza  bilər

    Namərdə  aldanmaq birşey deyilmiş.


    Coşar dəli  könül, nələr sanayar,

    Fələk  ələyindən  ələr,sınayar,

    Ahıl öyüd verər, aqil qınayar

    Cahildən qınanmaq birşey deyilmiş.


    İlqar,bir məna var hər zor uğurda

    Qaya zirvədədi, çamur çuxurda

    Çevirə bilmədin  çaqqalı  qurda,

    Xəyala  qapanmaq  birşey deyilmiş.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ