Sizin reklam burada
Sizin reklam burada
  • Şair Bəradər Səməndərlinin "Qaytar məni gəncliyimə" adlı şeirlər kitabının təqdimatı keçirilib

    Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında şair Bəradər Səməndərlinin "Qaytar məni gəncliyimə" adlı şeirlər kitabının geniş səkildə təqdimat mərasimi keçirilib.

    Tədbirdə müxtəlif təbəqənin nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, musiqicilər eləcə də Vətən oğulları-qazilər, şair və yazıçılar iştirak edib.

    Newscenter.az xəbər verir ki, əvvəlcə Vətən torpaqları uğrunda əziz canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirin aparıcıları Azərbaycan Yazıçılar Birliyi Həmkarlar təşkilatının sədri Faiq Balabəyli, şair -publisist Sərvaz Hüseynli şairin həyat və yaradıcılığından, xüsusilə kitabda diqqət çəkən vətən, torpaq, ana sevdalı şeirlərindən, ülvi məhəbbətdən, həyatın demək olar ki, butun istiqamətlərini poetik ritmdə ifadə edən mövzu zənginliyindən, məhsuldar dil üsulubundan söz açıb, Bəradər Səməndərli poeziyasının diqqət cəkən məziyyətlərini dilə gətiriblər

    Tədbirdə çıxış edən, yazıcı-dramaturq Arif Mədətov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli, "Newcenter.az" saytının rəhbəri Süleyman İsmayılbəyli, jurnalistlərdən Vaqif Alıoğlu, ədliyyə işçisi Qulu Süleymanov, tanınmış jurnalist şairə Aygün Hüseyn, Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, politoloq Ramilə Soltan, Vətən oğulları qazı İsa Məmmədov, İlham Şəbiyev və digərləri Bəradər Səməndərli yaradıcılığının sönməz işıgından, yetişən gənc nəslə örnək olacaq ibrətamiz, vətənpərvər ruhlu şeirlərindən bəhs edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

    Tədbirdə Bakının Nəsimi rayonundakı Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Məryəm Namiq qızı Əliyeva, eləcə də İqtisad Kollecinin kollecin tələbələri iştirak edib, şairin yaradıcılığından bəhs edən şeir nümunələri səsləndirib, canlı musiqilər ifa olunub.
    Sonda xatirə şəkli cəkdirilib.














    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ