şairə-publisist
İstedadlı şairə-publulisist Hicran Əhmədlinin oxucularla və izləyicilərə üçüncü görüşündən olan, "ZÜLMƏTDƏN İŞIĞA DOĞRU" kitabından:
Nərgiz heç də nərgiz çiçəyindən gözəllikdə geri qalmırdı.Onun uca boyu, narıncı saçları, qəhvəyi gözləri hər kəsi özünə valeh edirdi.O, beş qardaşın tək bacısı olduğundan atası onu çox sevirdi. Hətta atası o, anadan olanda əhd etmişdi ki, birinci sinifə gedəndə, həyətdəki qara toğlunu qurban kəsəcək.
Qardaşları ona xüsusi qayğı göstərirdi.Nərgiz ailə sevgisi ilə böyüyən, ağıllı qız idi.O, bəzənib-düzənəndə qızların paxıl baxışlarına tuş gəlirdi.
Nərgiz yaxşı başa düşürdü ki, qızlardan çox seçilir.Onu sevib, göz qoyanları da az deyildi.Gəl gör ki, Nərgizin qəlbini oxşayan, onu özünə çəkə bilən oğlan qarşısına çıxmırdı.
Bəzən ona vurulan oğlanlara baxıb, "İlahi kərəminə şükür, yaratmısan da yeri boş qalmasın" düşüncələrində bəxtini danlayırdı.
Bu gün elə sabah açılandan buludlu hava üz-gözünü turşutmuşdu.Buna baxmayaraq, yağış yağmırdı. Göy üzündə qara buludlar səyriyirdi.Ara bir Günəş görünmək istəsə də bulud axını buna icazə vermirdi.
Nərgizin qardaşları otlaq sahədə biçinə getmişdilər.Yağış yağsa, əziyyətləri başa gedəcəkdi.Anası buna görə də narahat olurdu.Bu üzdən əli duada, Allahdan fürsət istəyirdi.
Anası Nərgizi səslədi. Nərgizin səsi yan otaqdan gəldi:
- Burdayam ana.
Anası səsə üzünü tutub:
- Ay bala, gəl qardaşlarına yemək apar.
- Yaxşı anam, gəlirəm.
Nərgiz anasının hazırladığı dolu zənbili götütüb, sahəyə üz tutdu.Qurumuş otlaq sahənin kənarı ilə xeyli piyada gedib, qardaşları olan yerə çatdı.
Nərgizin görən qardaşlar çox keçmədən gəlib, otu biçilən sahənin üstə sərilmiş, süfrəyə əyləşdilər. Yeməklərini nuş etdilər.
Nərgizə yağış yağacağını, süfrəni yığıb, tez evə getməsini tapşırdılar.
Nərgiz qardaşlarından ayrılıb, gəldiyi otlaq sahənin kənarı ilə evlərinə sarı yola düşdü.Onun yolu hələ bitməmiş, göy üzünə şaqqaşaq düşdü.Yağış başladı, özü də nə başladı."Tut ucundan, çıx göyə."
Nərgiz nə qədər iti addımlarla irəliləsə də sanki yol uzanırdı.Sahədə isə nə bir dalğalanacaq yox, nə bir ağac belə yox.Yağış artıq Nərgizi öz ağuşuna almışdı.
Nərgiz qəfildən at ayaq səsləri eşitdi.Dönüb, arxaya baxanda at belində bir adam gördü.
Adamın şux qaməti, qara qalın qaşlarının altından görünən ala gözləri vardı.Yaşı 25 ancaq olardı. Nərgizə elə gəldi ki, bu yaraşıqda oğlan heç görməyib.
Adam isə atın belində onun ətrafına dolanırdı.
Nərgiz bu mənzərəni görüb, əsib, coşdu:
- Nə var? Bəlkə izin verəsiz çıxıb, gedəm?
Oğan dodaqaltı qımışsa da tez ciddi görkəm alıb, dedi:
- Nə olmalıdır ki?Yağışı görmürsən, ay qız?
Nərgiz isə hirsrli halda:
- Gördüm-görnədim sənə nə?
- Bəsdir ay qız, naz elədin.Qorxma, səni yemərəm.Gəl, min atın tərkinə, səni evinizə tez çatdırım.
Nərgiz bu dəfə istehza ilə cavab verdi:
- Başqa arzun, istəyin varsa utanma de.Yox bir, sən kimsən ki, məni aparasan. Özüm gedəcəm.Narahat olma.
Nərgizin yola gətirə bilməyəcəyini görən adam, çarəsiz qalıb, əynində yağışdan qorunmaq üçün olan palaşını çıxardıb, ona uzatdı. Sonra atını bir dəfə də Nərgizin ətrafında dövür etdirib, çaparaq, bir anda gözdən itdi.
Nərgiz plaşı geyinib, evlərinə gəldi. O, özündə əvvəllər hiss etmədiyi qəribə bir hal hiss etdi.Sanki atlı adam dayanıb, ona baxırdı.Gözünün önündən adam getmirdi.Heç vaxt kəndlərində bu oğlanla qarşılaşmamışdı. Görəsən kim ola bilərdi? Bu fikirlə gəlib, doqqazda dayanıb, onun yolunu gözləyən anasına çatdı.Anası onu görən kimi dilləndi:
- Ay qızım, nə gec gəldin?Dedim axı tez gəl.İslanmısan tamam.Elə indicə burda bizim məktəbə təzə gələn Eldar müəllim atla keçdi.Ondan soruşdum. Dedi:"Ay xala, o inadkar qızı deyirsən? Gəlir, arxadadır."
Nərgiz çaşqın halda soruşdu:
- Eldar müəllim? Ana, o, nə vaxtdan bizim məktəbdə işləyir?Görəsən hardan gəlib? Mən deyirəm, görən haranın yönsüzüdür.Tanıya da bilmədim.
- Bu dərs ilindən başlayıb. Elə demə qızım, qabiliyyətli oğlana oxşayır.Deyirlər Qarabağdandır.Vallah bala, mən də yaxşı tanımıram.Yuxarı tərəfdə Xanmirzə kişinin evində qalır. At da Xanmirzə kişinindir.
- Bəs atla hardan gəlir, bu yağışda?
- Ay qızım, Xanmirzə kişiyə kömək məqsədilə hər gün gedir, otlaq sahəyə baxır.Kişi tamam qocalıb, lap əldən düşüb.Gedib, sahəyə baş da çəkə bilmir.Yaxşı, bunlar bir yana, sən tamam su içindəsən.Gəl, keç evə, əynini dəyiş.İndi qardaşların da harda olsa, gələcəklər.Yubanmazlar.Tez get, çay qoy.
Nərgizin üzündə olan çaşqınlıq dolu, maraq ifadəsini anası görürdü.O, bilirdi ki, qızınının diqqətini hər oğlan çəkə bilməz.Ürəyində:"Allahdan xeyirlisi, İnşallah" -dedi.
Yağışsa ara vermədən yağırdı. İldırım dayanmadan çaxırdı.Elə bil göy üzü qəzəblənmişdi.Göyün gurultusundan qulaq batırdı.Həyət-bacalar da boşalmışdı.Bir adam belə tapa bilməzdim ki, dərdini deyəsən.İnsanların işin-gücünün çox olduğu halda yağışdan çölə çıxa bilmirdilər.
Ertəsi günü sanki təbiət yenidən oyanmışdı.Parlaq Günəş çıxaraq, ətrafa şəfəq saçırdı.Ağacların yarpaqları yağışda yuyunub, tər-təmiz olmuşdu.Yağışdan sonra torpağın qoxusu adamı uzaqdan çağırırdı.Ətrafı təravət qoxusu bürünüşdü.Adamı gözəllik məst edirdi.
İnsanlar həyətə axışıb, kənd yerində heç bitməyən iş-güclərinin üstünü almışdılar.
Nərgiz isə baxçalarından tam yetişməmiş alça ağacından alça dərib, yeyirdi.Alçanın meyxoşluğundan tez-tez ağız-burnunu özündən aslı olmadan büzürdü.Bu zaman Eldar müəllim məktəbdən evə dönürdü.Nərgizi baxçada görüb, yolunu, yolun kənarından saldı.Gəlib, Nərgizgilin baxçasına çatanda ayaq saxladı.
Nərgizə baxıb, salamsız, kəlamsız:
- Mən də deyirəm bu qızın dili niyə şirin deyil.Sən demə çox alça yeyirmiş.
Nərgizin bu sözlər xoşuna gəlsə də özünü o yerə qoymadı.Qaşlarını çataraq, bu dəfə rəsmi halda dedi:
- Siz burda neynisiz? Nə lazımdır?
Eldar müəllim Nərgizdən bu sözü gözləmirdi.Nə deyəcəyini bilməsə də tez özünü yığışdırıb, ilk ağlına gələn sözü dedi:
- Nə lazım olacaq? Plaş o gündən səndə qalıb.Heç mənim də deyil. Xanmirzə dayınındır.Zəhmət deyilsə, gətir qaytar.
Nərgiz baxçadan çıxıb, evlərinə yüyürdü.Az sonra əlində şəkilli çığaranı gətirib, Eldar müəllimə verdi.Eldar müəllim ondan aralanıb, bir az gedəndən sonra dönüb, arxaya baxdı.Bu zaman gözlərinə inanmadı.Bayaqdan dilindən zəhər tökülən Nərgiz onun arxasınca oğrun-oğrun baxırdı.Bunu görəndə sanki onun ürəyinə sərin su səpdilər.Demək:"Sən də mənə laqeyid deyilsən." -düşündü.
Eldar müəllim məktəb yolunu dəyişib, hər gün onların evlərinin yanından keçərək, getməsi artıq Nərgizin anasının gözündən qaçmırdı.Qızının da son vaxtlar gözlərinin parladığını, müəllim adı gələndə dilinin topuq vurduğunu görüb, hər şeyi anlamışdı.Amma qızına bu barədə heç nə demirdi.İşin axırını gözləyirdi.
Nərgizə paxıllıq edən qızların da sayı artmışdı.Çünki Eldar nüəllim yaraşıqlı gənc idi.Hər bir qızın bəlkə də arzularında olan oğlanlardandı.Savadlı, ağıllı, yaraşıqlı müəllimin Nərgizə olan marağı onlarda, özlərini Nərgizə bənzətmə halları ilə müşahidə olunurdu.Amma Eldar müəllim artıq o yağışlı gündən öz seçimini etmişdi.
Dərs ilinin sonu yaxınlaşırdı.Bu o demək idi ki, Eldar müəllim doğma yurduna, Qarabağa məzuniyyətə gedəcəkdi.Bunu düşünən Nərgiz özünə yer tapa bilmirdi.Ürəyində öz-özünə:"Yenə arabir üzünü görürdüm" -dedi.
Eldar müəllim əslində Nərgizi qoyub, getmək istəmirdi.O, buna məcbur idi.Həm də gedib, ata-anasını görmək, fikirlərini qarışdıran dərdini onlara danışmaq istəyirdi.
Artıq yayın sonu gəlib, çatmışdı.Payızın dərin mehi ürəkləri duyğu dolu hisslərlə bəzəmişdi.
Səhər erkəndən Nərgizgilin qapısı döyüldü.Səsə atası qapıya çıxdı.Gələn Xanmirzə kişiydi.Nərgizin atası onu görüb, evə dəvət etdi.Onlar otaqda xeyli söhbət etdilər.Nərgiz çay dəmləyib, qonağa çay süfrəsi açdı.Xanmirzə kişi Nərgizə baxıb:
- Allah səni xoşbəxt etsin, ay bala -dedi.
Nərgizin atası sabah-sabah gələn qəfil qonağı yola salarkən, soruşdu:
- Ay Xanmirzə kişi, səndən nə əcəb bu gün bizə gəldin?Nəsə sözlü adama oxşayırsan?
Xanmirzə kişi cavabında:
- Həə, sözüm var sizə.Düz tapmısan.Bilirsən, səfalı Qarabağımızdan sizə qonaq gəlmək istəyənlər var.İzin versəydin onlar gələrdilər.Özün yəqin başa düşürsən nə deyirəm.Razı deyilsənsə, deyim gəlməsinlər.Amma vallah, yaxşı oğlandır.Bizdə qaldığına görə demirəm.Ağılli, qabiliyyətli oğlandır.Yoxsa məni tanıyırsan, durub, bura gəlməzdim.
Nərgizin atası:
- Əlbəttə Xanmirzə kişi, başa düşdüm nə deyirsən.Qonağa gözüm üstə yerim var.Amma qoy evdə bir məsləhətləşək.Sonrası Allahdan xeyirli olar, İnşallah.
Xanmirze kişi Nərgizin atasından ayrılıb,evinə getdi.
Bir neçə ay keçmişdi.Artıq qohumlarla yanaşı məktəbdə müəllimlər də Eldar müəllimlə, Nərgizin toyuna hazırlasırdılar.
Toy günü gəlib, çatmışdı.Qarabağlı qonaqlar kəndə gəlib, təzə çatmışdılar ki, tutqun olan hava özünü göstərdi.Leysan yağış yağmağa başladı.İnsanlarsa yağışa baxmadan, toyda deyib, gülüb, əylənirdilər.
