Saatlı
Fərziyədi deyiblər ki, üç atlı
Qədim muğan torpağıdı Saatlı
Muğan sözü, muğ sözündə- güc adlı
Qədim muğan torpağıdı Saatlı
Vaxt olub bir zaman Vurğun muğanda
Ceyran-cüyür, turac-kəklik ovunda
Şeyr yazıb, muğanlılar adında
İstedadlar torpağıdı Saatlı
Dünyada tanınan alimlərimiz
Adımız-sanımız şan-şöhrətimiz
Abas, Ramiz qardaşları fəxrimiz
Yetişdirən torpağıdı Saatlı
Dünyanın malında gözüm qalmayıb
Yanıb kül olub, közüm qalmayıb
Qənbər Əhmədliyəm sözüm qalmayıb
Doğma vətən torpağımdı Saatlı
