Sizin reklam burada
Sizin reklam burada
  • İlqar Həkim "DUYĞULARIM ELƏ HƏMƏN QALIBDI!"


    İlqar Həkim (Əlyəsə oğlu)

    DUYĞULARIM ELƏ HƏMƏN QALIBDI!

    Yolum düşdü köhnə yurdun yanından,
    Ruh ayrıldı sevdaların canından.
    Keçən ömrün axşamından , danından
    Ala toran bir xatirən qalıbdı !

    Ocaq yeri qaraldıbdı daşını
    Haça qaya uçurubdu laçını
    Sarı söyüd salxımlayıb saçını,
    Göy çəməndən koma kətyən qalıbdı!

    Dəyişmişdi çıxdığımız yoxuşlar,
    Göz yaşında gizlənmişdi yağışlar
    Dumanlıqdan boylansa da baxışlar
    Baxışdan sis, görüşdən çən qalıbdı !

    Nə hasar var, nə cəftə var, nə kilid
    Çırpı xal-xal, çökmüş yataq, tək söyüd,
    Kölgəsində köçdən qalan qanıq it
    Qumlu çadır, sökük çətən qalıbdı !

    Eşələyib axtarmadım dərində
    Mürgülədi köhnə yurdun sirrində,
    Yadaşımın silinməyən yerində
    O duyğular elə həmən qalıbdı !

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ