Sizin reklam burada
Sizin reklam burada
  • Seylan Abbas


    Seylan Abbas

    Şaxta baba

    Şaxta baba, gəlsənə,
    Qar qızını gətirsənə.
    Çiynində torba olsun,
    İçi sovqatla dolsun.

    Geyin qarlı yapıncı,
    Əlində buz qılıncı.
    Harayla uşaqları,
    Tez sevindir onları.

    Söylə, gəlib qarlı qış,
    Eyləyək çoxlu alqış.
    Böyük bir yolka quraq,
    Ona bər-bəzək vuraq.

    Hər yanı zərli olsun,
    Üstü bəxşişlə dolsun.
    Gəlsin qonaq olanlar,
    Yaxşı rəqs edir onlar.

    Ağacdələnlə kirpi,
    Dələ, tısbağa, tülkü
    Tutsun hər kəs əl-ələ,
    Gəlib nəğməylə dilə.

    Bizimlə söyləsinlər:
    “Xoş gəlmisən, Yeni il!
    Xoşbəxt olaq ilbəil.”

    Qış gecəsi

    Ağappaq, naxış-naxış
    Yağan qara baxsana,
    Qoşulub qar selinə
    Çiçək-çiçək axsana.

    Qar yağan qış gecəsi
    Bənzəyir tül duvağa,
    Hər yana sığal çəkər
    Astaca yağa-yağa.

    Qışın şaxta rəssamı
    Buz ilə rəsm çəkər,
    Şüşələrin üstünə
    Donmuş naxışlar çökər.

    Buzlu, soyuq gecədən
    Şaxtanın səsi gələr,
    Ay da bulud dalından
    Soyuq nurunu ələr.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ