Sizin reklam burada
Sizin reklam burada
  • Hicran Əhmədli - ŞEİRLƏR


    Hicran Əhmədli

    İMDAD DİLƏSƏM

    Ömürdən gedənlər dönüb gələrmi?
    Yolumu çiskinə, dumana salsam,
    Dizinə baş qoysam xatirələrin,
    Gözümün yolunu zamana salsam.

    Vaxtsız vidaların tutub əlindən,
    "Niyə?", "Necə?"ləri sorsam dilindən,
    De, cavab verərmi yorğun ilindən?
    Ümidin yolunu gümana salsam.

    Bir salxım göz yaşım təsəlli olsa,
    Naümid gözümə sevinclər dolsa,
    Əyilən qəddimi arsızlıq alsa,
    Ağrımın yolunu sahmana salsam.

    Dərdimi çarmıxda edam eləsəm,
    Zülmətin qolunu sıxıb yelləsəm,
    Tanrı yol verərmi imdad diləsəm?
    Fələyin yolunu imana salsam.

    Yaddaşlarda qalacaq

    Arzu ilə diləylə, səmalarda ürəylə,
    Göylə gedən insanlar, göylərmi aldı sizi.
    Cavan, həm qoca ömür, nələr yaşadınız siz,
    Yoxsa qara buludlar, onlarmı çaldı sizi?

    Hökümənin sözləri, yaddaşlarda qalacaq,
    Özü qorxu keçirib, ürək, dirək verən qız!
    Ölümün qucağına düşdüyün bilə-bilə,
    Kəmərləri bağlayın, həyacanla deyən qız!

    Göylərdə qanad açıb, siz süzdünüz pilotlar,
    Əlləriniz uzandı hey dua yaxasına.
    Səmada ustalıqla dövr edib, endirdiniz,
    Qurtardınız həyatlar, canınız bahasına.

    Yenə matəm günümüz, bayrağımız enibdir,
    Gözümüzdən axırsız, leysan dolu yağışla.
    Bu dərd yazdırdı məni, düşüncələr içində,
    Göylərmi baxdı sizə, qəzəb dolu baxışla.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ