Sizin reklam burada
Sizin reklam burada
  • Mənim şeirlərim...


    İlqar həkim

    Mənim şerimin tamı birtəhər,
    Bir az turşməzə, bir az acıdı .
    Mənim şerlərim içimdə zəhər,
    Üzümdə yalançı dərd əlacıdı .

    Mənim şerimin küskündür halı,
    Əhvalı qarışıq ,yarası duzdur.
    Mənim şerimdə ölüm bahalı
    Mənim şerimdə həyat ucuzdur ..

    Mənim şerimdə dünya firavan
    Balıqlar su gəzir, quş dən axtarır.
    Mənim şerimdə bir qərib oğlan
    İllərdi yurdunda Vətən axtarır .

    Mənim şerlərim bir istək sonu,
    Harayı, sükutu, zəngi bilinmir.
    Çətindi üzümdən oxumaq onu
    Acı göz yaşında rəngi bilinmir .

    Mənim şerimi kitabda gəzmə,
    Bükülüb atılmış vərəqdə axtar.
    Nəğməli ürəkdə ,dodaqda gəzmə
    Həsrət yaş axıdan yanaqda axtar .

    Mənim şerlərim elə şer ki,
    Cümləsi natamam, sözü yarımdı.
    Mənim şerlərim şer deyil ki,
    Kağıza tökülən xəyallarımdı.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ