Sizin reklam burada
Sizin reklam burada
  • QARDAŞIM



    QARDAŞIM
    Elmlər doktoru -professor qardaşım
    Orucov Vidadi Ömər oğluna.

    Elmin zirvəsinə qaldırıb bayraq,
    Savaddan, savabdan veribdi soraq.
    Təhsil aləminə salıbdı maraq,
    Elm-ürfan sahibi olan qardaşım!
    *******
    Həkk edib qəlbinə Azərbaycanı,
    Həmişə düşünüb Böyük Turanı.
    Sevir söz-hikməti, şeri -dastanı,
    O telli sazını çalan qardaşım!
    *******
    Borçalı eşqiylə alışıb yanır,
    Bizim Başkeçidi müqəddəs sanır.
    Şindidən* danışıb, dağları anır,
    Hərdən xəyallara dalan qardaşım!
    *******
    El-oba içində ucadır başı,
    Əhdinə sadiqdi, çoxdu sirdaşı.
    Olub ərənlərin yarı-yoldaşı,
    Həqiqət yolunu bulan qardaşım!
    *******
    Vətəndən alıbdı eşq-ilhamını,
    Vidadi yandırıb bilik şamını.
    Kəsməyib kimsədən Haqq-salamını,
    İladi qeydinə qalan qardaşım!
    *******************************
    İladi Öməroğlu

    *-Dağ adı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ