Bir anlığa(ən azı tədir müddətində)özümü tam fərqli bir məkanda: böyük, kiçik, ağsaqqal, ağbirçək, ağsaqqala hörmət, sözə, şeirə, qəzələ, nəsihətə, sənətə və sənətkara hörmət mühitində hiss elədim.
Hacı Mail dəyərli ziyalı, köһnә kişilәrdәn idi. Nəinki doğulduğu Nardaran kəndində, bütün Abşeronda adam tapılmazdı ki, onu görәndә eһtiramla salamlaşmasın. Bu һörmәt ilk növbәdә mәrifәt, qanacağ vә qabiliyyәtin qarşılığı idi. Hacı Mailin şeir, qəzəl, ədəbiyyat, sənət adamlarına, böyüyə, kiçiyə, ümumiyyətlə insanlara münasibəti özü bir öyrəniləcək, qəbul ediləcək ədəb, həyat və əsil azərbaycanlı kişisinin yaşam tərzi nümunəsidir.
Hacı Mailin yaradıcılığı bir ümmandır. Hacı Mailin çox sevdiyim “Arif olanın sevgili cananı vətəndir” qəzəli hər bir Azərvaycanlının kim olduğunu özünə təqdim edir:
Arif olanın sevgili-cananı vətəndir.
Həm namusu, həm qeyrəti, vicdanı vətəndir.
Hərkəs vətəni sevməsə insan deyil əsla
İnsan olanın cismidə həmcanı vətəndir
Yarın qəmi-hicranına dözməkdə nə vardır?
Müşkül olan, qəhr edən insanı vətəndir
Ölsəm vətən uğrunda buna fəxr edərəm mən
Könlüm nə zaman istəsə qurbanı-vətəndir
Hərkəs soruşa gər mənim ünvanımı sizdən
Ol şəxsə deyin: Mailin ünvanı vətəndir
Deyilənə görə Hacı Mail ölümünə saatlar qalmış gənc yaşlarında qələmə aldığı “Arif olanın sevgili cananı vətəndir” qəzəlinə cavab olaraq aşağıdakı misraları yazır:
▪️Ey əhli vətən, siz mənim ünvanımı bildiz,
Bundan sonra bu sevgili ünvan sizin olsun.
▪️Keyfiyyətin axırda bilərsiz, bu cahanın
Zövqü yox olan mülki Süleyman sizin olsun.
▪️Yarın qəmü-hicranına çox dözmüşəm, indi
Mən getdim, həmən möhnəti-hicran sizin olsun.
Necə deyərlər bu "Ünvanı"( Vətəni) bizə qoyub gedir.
Gecədə onun qəzəlləri muğamlarımızda səsləndi. Muğam ustadları-mənim çox sevdiyim hörmətli Aqil Məlikov(Hacı), Zabit Nəbizadə, Mirələm Mirələmov, Hüseyn Məlikov və s. İfaları hər kəsə böyük zövq verdi. Nardaran, Buzovna, Şüvəlan, Novxanı və s. Bakınln kənd ağsaqqalları danışdılar, gözəl sözlər deyildi, Hacı Maillə bağlı həyati xatirələr səsləndi.
Hacı Mail Azərbaycan mədəniyyətinin incisilərindəndir. Amma bu böyük bir mədəniyyətin bir damlasıdır. Bu mədəniyyət hər xalqda ola bilməz və yoxdur da.
Bu mədəniyyəti qoruyun və yaşadın!
Allah rəhmət eləsin! Ruhu şad olsun.
P.S. Görkəmli füzulişünas alim, qəzəlxan, şair, filologiya elmləri namizədi Hacı Mail Məhəmməd Füzuli “Divan”ının müxtəlif ölkələrdə qorunub saxlanılan ən qədim nüsxələri üzərində tədqiqatlar aparmış, Füzuli “Divan”ının kamil elmi tənqidi mətnini
hazırlamışdır. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutundakı elmi fəaliyyətinə, “Divan”ın elmi-tənqidinə, Füzulinin Bakıda, Londonda, Sankt-Peterburqda və Daşkənddə qorunub saxlanılan doqquz əlyazma nüsxəsini və iki qədim çap nüsxəsini dərindən araşdırmaqla Füzuli “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” əsərini yazaraq 1997-ci ildə Hacı Mail müdafiəsiz filologiya elmlər namizədi elmi dərəcəsinə layiq görülüb.
İltizam Yusifov
VI çağırış Milli Məclisin deputatı
