QƏLƏMƏ SARMANDIM
BİR YAZ AXŞAMI...
Vahid Əziz - 80
Daha gücüm yetmir saxlayam canı
Ömrün kitabımın sonu yazılır,
Yurdunu, Elini sevən insanı
Torpağı, millətidə adı yaşadır!
Yazın müjdəçisi – yaşıl səməni;
Sevindim evdəki gerçək çəmənə,
Payız da arabir aldatdı məni,
Yazlar da arada dəydi xətrimə,,
İçimdə oyadıb bahar fəsilini
Çiçəklər açmışam qış aylarında,
Qızlar itirəndə ümidlərini,
Təsginlik gəzsinlər yazılarımda,
Daha əzəlkitək tutmuram canı,
Bənd-bənd, misra-misra, sətir-sətirəm,
Qələmə sarmandım bu yaz axşamı,
İstədim – qəlbimin bir rəsmin çəkirəm...
Vahid Əziz
26.04.2023
