Sizin reklam burada
Sizin reklam burada
  • QƏM ELƏMƏ, SARI ÇİÇƏK...


    QƏM ELƏMƏ, SARI ÇİÇƏK...
    Vahid Əziz - 80

    Professor Vidadi Orucov təqdim edir:

    Qəm eləmə, sarı çiçək,
    dərd gəlib ki, mən də solam,
    bu dünyada axıradək
    kim qaqlıb ki, mən də qalam?

    Qarışdırdıq fəsilləri,
    yandırdıq gözəl illəri,
    məhəbbətin bəxtəvəri
    kim olub ki, mən də olam?

    Xəzəl oldu ləçəklərin,
    Nazlısıydın çiçərlərin,
    atıb-gedən yar xəbərin
    kim alıb ki, mən də alam?

    Soyuq olar həsrət yeli,
    qəddar olar hicran seli,
    bəxtindəki qızıl teli
    kim çalıb ki, mən də çalam!?

    Uyduq həyatın dadına,
    baş aldadan muradına,
    dilbilməzi eşq oduna
    kim salıb ki, mən də salam...



    Vahid Əziz
    10.09.2006.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ