Professor Vidadi Orucov Xalq şairi Vahid Əziz haqqında yazır
Mən bu ağrıları çoxmy çəkərəm?
İnciyib qızların göyçəyi məndən,
suyunu verərəm, buğda əkərəm
çöllər barışdırsa çiçəyi mənnən,
Düşüb, ayağına yenəmi gedim?
Hansı ağbirçəyi minnətçi güdüm?
Deyəndə: “Hə alıb hədiyyə edim?”,
“Can!: –dedi, özgə şey ummadı məndən.
Ömrümü əlimdən alsa da mənim,
qəlbimdə əbədi qalsa da mənim,
illərlə yanımda olsa da mənim,
hələ də öyrənmir sevməyi məndən.
İnsan ayaqlaşmır Haqq qanunuyla,
həm dost, həm düşməndir xəncər – qınıyla,
öyrənə bilmədi bu qoca Dünya
“yaxşını”-“yamandan” seçməyi məndən...
02.12.2015
