
Diaspor üzrə araşdırmaçı-ekspert
Yasınız mübarək!
“Atribut” qəzeti bizə doğma olan və dost qapısı olan mətbuat orqanıdır. 22 yaşlı qəzetin səhifələrində bir-birindən maraqlı siyasi-sosial və mədəni-bədii mövzuları oxumaq mümkündür. Məni sevindirən məqam odur ki, qəzet milli-mənəvi dəyərlərə önəm verir.
Qəzetin baş redaktoru, tanınmış şair, əziz dostum Bəradər Səməndərli (Xanəliyev) qəzetin ərsəyə gəlməsində və ayaqüstə durmasında çox əziyyət çəkib və bu gün də əziyyət çəkməkdədir. O, böyük əzmlə, iradə ilə qəzeti yaşadır. Nəzərə almaq lazımdır ki, bu gün kağız (çap) mətbuatı internet platformasına təslim olmaqdadır. Demək olar ki, qəzet mediası sıradan çıxır. Buna baxmayaraq, Bəradər Xanəliyev Zərdabi ənənəsini qoruyub saxlamaqdadır. Bu onun şəxsi nüfuzu və əlaqələri ilə bağlıdır. Bəradər Səməndəli dost, sirdaş, diqqətçil insandır. Hər kəsi öz gözəl qəlbi ilə özünə dost edir. Ona görə “Atribut”u dost qapısı adlandırıram.
22 yaşlı qəzetin baş redaktorunu və zəhmətkeş kollektivini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.