Sizin reklam burada
Sizin reklam burada
  • Punhan Şükür yaradıcılığının işığında

    Bu gün Atatürk mərkəzində dəyərli dostumuz, istedadlı qələm sahibi, "Azərbaycan Nəşriyyatı"nın mirzəsi, yazıçı, şair, jurnalist, tənqidçi Pünhan Şükürün yenicə çapdan çıxan "Mənə Şəhrizadın nağılın danış" adlı kitabının təqdimat mərasiminə yığıldıq. Havanın sərt-yağıntılı, küləkli olmasına baxmayaraq, Pünhansevər ziyalılar, söz-qələm adamları sanki ayağı ilə yox, ürəyi ilə gəlmişdi tədbirə. Hələ doğulduğu Sabirabad rayonundan da bir dəstə ziyalı təşrif buyurmuşdu.
    Olduqca maraqlı, məzmunlu, yaradıcı keçən tədbirdə çıxış edənlər Pünhan Şükür şəxsiyyətindən, onun həyat və yaradıcılığından, nəhayət, xarakterindən yoğrulan və işığına yığıldığımız müxtəlif ədəbi janrlardan (hekayə, şeir, aforizmlər və sair) iibarət kitabın məziyyətindən, mahiyyətindən, oxuculara təlqin olunacaq ictimai-publisistik əhəmiyyətindən söz açdı, şəninə ən xoş sözləri dedi. Tədbirin sonunda adəti üzrə şəkil çəkdirmək aksiyası başlandı, nə başlandı...
    Fürsətdən istifadə edib yetərincə diqqət çəkən yaradıcı kitabının işıq üzü görməsi və keçirilən səviyyəli təqdimat mərasimi münasibətilə hörmətli dostum Pünhan Şükürü ürəkdən təbrik edir, ona yeni-yeni yorulmaz yaradıcılıq axtarışları və uğurları arzulayıram!

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ