Sizin reklam burada
Sizin reklam burada
  • Zəhra Fərdi Saçlı - EYLƏYƏRDİM


    Zəhra Fərdi Saçlı
    Cənubi Azərbaycan

    EYLƏYƏRDİM

    Bilseydim eşq odu var ürəyində
    Dünyanın qədəri naz eyləyərdim
    Çəkərdim sevgini uca dğlara
    Qışın oğlan çağın yaz eyləyərdim

    Deyərdim günəşə tamaşa qala
    AY uzun gecəyə işığın sala
    Qəlbim döyünərdi dərdini ala
    Ömrümün sən günün az eyləyərdim

    Borc alardım yağış yağan zamanı
    İsladardı nəmli şeri cəhanı
    Bağların dilinə düşən xəzanı
    Şairin könülündə raz eyləyərdim

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ