Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs böylə bərəldirsən, a qare, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Allah sənə qəni-qəni rəhmət eləsin Sabir baba!
Cəmi 49 il ömür sürən (30 may 1862-25 iyul 1911) Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim Mirzə Ələkbər Sabir görün nəinki o zamankı, bu gükü dövrün eybəcərliklərını, acılarını necə dərindən dərk edib, kökundən şərh edib. Əli qələm, dili söz tutan, tutmayan bəzi jurnalistlər ki var, onlar Azərbaycanın layiqli ziyalılarını, qanı, canı xeyirxahlıqla kündələnib, insanlıqla yoğrulan tanınmış simalarını hədəf seçərək ləkələməyi şantaj etməyi, gözdən salmağı, şər-böhtan yağışına tutmağı özlərinə sanki peşə seçiblər.
Onsuz da günümüzun-güzəranımızın bu mürəkkəb, qarmaqarısıq çağında mərd, alicənab, işinin başında ləyaqətlə, şərəflə əyləşib xalqa, insanlara nümunəvi xidmət etmək məqsədində bulunan az sayda humanist rəhbərlərə rast gəldiyimiz bir vaxtda, şəxsiyyətinə böyük hörmət bəslədiyim, gözü-könlü tox, qəlbi-ürəyi geniş, qarşısındakını özu qədər dərk edib, başa düsən, mənəviyyatı maddiyyatından ağır gələn Səbail rayon Bələdiyyəsinin sədri Hacı Əliyev barəsində ötən gün saytların birində oxuduğum neqativ cümlələr gerçəkdən məni təəssüfləndirdi, ovqatımı xeyli təlx etdi. Əcəba, nədən bu adamların söz mətbəxində ağla-qara bu dərəcədə qarışıqdı, bulanıqdı. Heçmi seçib ayıra bilmirlər dağı dərədən, mərdi namərddən, insanı şeytandan? Bu zalım dünyamızda hədəf götüruləsi o qədər müftəxor, korrupsioner, əzazil məmurlar var ki... Nədən bunlar ünvanı səf salıblar. Axı, fəaliyyətini düzgün izləmədən, şəxsi və ictimai keyfiyyətlərini analiz etmədən, ələkdən keçirmədən belə nüfuzlu rəhbər haqqında bu cür hədyan yazmaq hansı insanlığa sığır? Bir də ki, cənab həmkarlar, Hacı Əliyev bu gün iş başındadir və işinin başındadır deyə, onun övladı, nəvəsi bu mübarək missiyanın davamçısi ola bilməz? Bu günkü ləyaqətli gənclər sabahkı inkışafımız, mayaklarımız deyilmi? Onların yolunu kəsməyə sizlərə kim ixtiyarı verir, haqq qazandırır? Onların da Azərbaycan vətəndaşı olaraq seçib seçilmək hüquqları var. Sabah sizin övladlarinız, nəvələrinin davamçınız olaraq jurnalistikaya gələcəksə, buna kimsə şübhə ilə yanaşmalıdır bəyəm? Siz düşündüklərinizin və yazdıqlarınızın fərqindəsizmi?
O ki, qaldı Hacı Əliyevin bələdiyyə sədri kimi ötən fəaliyyətinin arxiv həsabatına, bunu "atributinfo.az"da bir neçə gün öncə ardıcıl, silsilə paylaşdığımiz yazılardan oxuyub, maariflənə bilərsiniz. Sonda məsləhətim odur ki, belə yazılar sizlərə baş ucalıgı gətirməz, bununla çox da qabağa gedə bilməzsiniz. Qarşıda təhlükəli üçurumun ola biləcəyi isə istisnasızdır. Nüfuzlu şəxslərə qarşı qarayaxma kampaniyasının arxasında kimlərin dayandığının fərqinə varmadan haqq-ədalətin qələbə çalacağını düşünün.Yazılarınıza düzəliş etməyin isə tam zamanıdır. Tələsin. Bu qədər.
Bəradər
"Atributinfo.az"
