Sizin reklam burada
Sizin reklam burada
  • İlham Şəbiyev - Qarabağ Azərbaycandır


    İlham Şəbiyev,
    tibb xidməti mayoru

    Qarabağ Azərbaycandır

    Qarabağ Azərbaycandır!
    Ali Baş Komandanın
    Sözü şərəfdir, şandır,
    Damarda coşur qanım.

    Qarabağ Azərbaycandır!
    Ucalır bəndən zilə.
    Bu bir tarixi andır,
    Dolaşır eldən elə.

    Qarabağ Azərbaycandır!
    Adi söz deyil bu söz.
    Sən düşməni odlandır,
    Yansın yağı, olsun köz.

    Qarabağ Azərbaycandır!
    Azad etdik vətəni.
    Ordumuzun önündə,
    Rəzil oldu erməni.

    Qarabağ Azərbaycandır!
    Bütün dünya söyləyir.
    Bu söz düşməni əyir,
    Ürəyinə ox sancır.

    Səkkiz noyabr günü,
    Qeyd etdi yurdum zəfər.
    Azərbaycan birləşdi
    Yumruq kimi səfərbər.

    Qarabağ Azərbaycandır!
    Çox igidlər tökdü qan.
    Şəhid verdik döyüşdə,
    Yaşasın Azərbaycan!

    Qarabağ Azərbaycandır!
    Bu bir tarix, salnamə.
    Bizim qan yaddaşımız,
    Gələcək nəslə namə.

    Qarabağ Azərbaycandır!
    Oldu Vətən şüarı.
    Körpə, uşaq və yaşlı,
    Söyləyirlər bunları.

    Qarabağ Azərbaycandır!
    Sən, bizimsən Qarabağ!
    Doğma torpağımızda,
    İndi həyat canlanır;
    Tökmək, quraq, yaradaq!.

    Dəmir yumruq

    Dəmir yumruq göstərdi,
    Dünyada öz gücünü.
    Düşmənin başın əzdi,
    Şərəfli 44 günü.

    Yumruğun təsirindən,
    Yağı titrədi, əsdi.
    Çox dedik çəkil geri,
    Son qoy işğala, bəsdi.

    Düşmən, düşün və dinlə,
    Dəmir yumruq əbədi,
    Başın üstə səninlə
    Olacaq, bu belədi.

    Ali Baş Komandanın
    Dəmir yumruğu zəfər.
    Erməniyə od qoyur,
    Qaldıranda hər səfər.

    Düşmən, bir də gətirsən
    Dilə, Qarabağ adın,
    Yenidən görəcəksən,
    Dəmir yumruq fəryadın.

    Düşmən, sənə verdi dərs,
    Dəmir yumruq sahibi.
    Özün getdin yolu tərs,
    Dünya oldu şahidi.

    Bax, o dəmir yumruğun
    Sahibidir sərkərdə.
    Sərkərdə-xalq birləşdi,
    Orduyla bu zəfərdə.

    Mübariz İbrahimov

    Adın, özün mübariz,
    Sən doğuldun qəhrəman.
    Yazdın tarix, qoydun iz,
    Bu vətənə hər zaman.

    Bil ki, adın gələndə,
    Düşmən gəlir lərzəyə.
    Gərək ad adamı yox,
    Adam adı bəzəyə.

    Sən düşmənə od qoydun,
    Döyüşdə, oldun şəhid.
    Hünərinlə ad qoydun,
    Cəngavər tək, mücahid!

    Döyüş yolun Mübariz,
    Məktəb olub bizlərə.
    İgidlər başın qoyur,
    Qoyduğunuz izlərə.

    Səndən yazır kitablar,
    Adına vardır gəmi.
    Düşmənə verdiyin dərs,
    İndi tutub gündəmi.

    Ruhun şad olsun qardaş,
    Rahat uyu cənnətdə.
    Qarabağı qaytardıq,
    Məhv oldu müxənnət də.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ