
"Atributinfo.az" xəbər verir ki, Şahin Hüseynlinin təhsil aldığı Beyləqan rayonunda şəhid Ramiz Abbasov adına 4 saylı orta məktəbdə keçirilən tədbirdə Beyləqan rayon İcra nümayəndələri, şəhid ailələri, qazilər, rayonun ziyalıları və məktəb kollektivi iştirak edib. Məktəblilər şəhidlərə həsr olunmuş şeirləri səsləndirərək səhnəciklər göstəriblər. Qonaqlar çıxış edərək şəhidlərlə bağlı xatirələrini bölüşüblər. Tədbirin sonunda şairə Esmira Günəş şəhid analarına imzalı kitabını təqdim edib və tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb. Tədbirdən sonra qonaqlar şəhidlər xiyabanını ziyarət ediblər.
Dilarə Zeynalova
"Atributinfo.az"










