Sizin reklam burada
Sizin reklam burada
  • Şəmsulla Aqayi - "GÖRƏN VAR MƏNİM TƏK, YANAN BİR BELƏ"


    Şəmsulla Aqayi,
    Cənubi Azərbaycan

    GÖRƏN VAR MƏNİM TƏK, YANAN BİR BELƏ

    Talehi kas olmuş düşgün şairəm
    Axan var mənim tək, selə bir belə
    Fələyin cövründən, bala dərdindən
    Görən var mənim tək,yanan bir belə?

    Nə göydə insaf var, nədə ki yerdə
    Həmdəmim olubdur,qəm də, kədər də
    Dağlar dözənmədi, mən dözən dərdə
    Görən var mənim tək, yanan bir belə?

    Yalvardım da, fələk sözün yeritdi
    Gizlin dərdlər, şam tək məni əritdi
    Qəm - qüssələr vallah məni çürütdü
    Görən var mənim tək, yanan bir belə?

    Əzəldən bəd yazıb alnıma yazan
    Açmamış gülümü, soldurdu xəzan
    "Şəmsulla" dözgünən, cəzandı cəzan
    Görən var mənim tək, yanan bir belə?
    Axan var mənim tək, selə bir belə?

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ