Sizin reklam burada
Sizin reklam burada
  • Oxu.az saytının 10 yaşı tamam oldu

    Atributinfo.az xəbər verir ki, Bu gün "oxu.az" informasiya saytı 10 yaşı tamam olur.
    Qeyd edək ki, sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb. Bu gün "oxu.az" “Global Media Group” media holdinqinin tərkibində fəaliyyət göstərir.
    Saytda onlarla işçi fasiləsiz işləyir. Hər gün yüzlərlə xəbəri iki dildə - Azərbaycan və rus dillərində dərc edir. "Oxu.az" kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.
    Həmkarlarımızı yubiley yaşı münasibətilə təbrik edir və uğurlar arzu edirik!

    Hüseynbala Həsən
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ