"Atributinfo.az" xəbər verir ki, kitabda Kürdəmir şəhidlərindən Adəm Əliyev və Tural Eyyubov da yer alıb. Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, məktəblilər, Mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhid Adəm Əliyevə həsr olunmuş videoçarxlar nümayiş olunaraq, Esmira Günəşin şəhidimizin xatirəsinə həsr etdiyi şeirləri səsləndirilib. Sıra ilə qonaqlar çıxış edib və vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib. Tədbirin sonunda şairə xanım tədbirin təşkil olunmasında əziyyəti olan hər kəsə xüsusilə də şəhid Adəm Əliyevin anası Akifə xanıma və Qalereyanın əməkdaşlarına təşəkkürünü bildirib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar birlikdə şəhidlər xiyabanını və Adəm Əliyevin bulağını ziyarət ediblər.
Dilarə Zeynalova
"Atributinfo.az"
