"Atributinfo.az" xəbər verir ki, tədbir şairə Esmira Günəşin "Qəlbimizdə yaşayanlar" kitabında yer alan Kürdəmir şəhidlərindən Adəm Əliyevin məzun olduğu məktəbdə adını daşıyan kabinetdə baş tutub. Tədbirdə şairənin Adəm Əliyevin xatirəsinə həsr etdiyi şeirlər səsləndirilib. Məktəbin müəllimləri Adəmlə bağlı xatirələrindən danışıb, tədbirdə iştirak edən şəhid ailələri çıxış edərək şəhidləri haqqında danışıb. Daha sonra isə şairə Esmira Günəş məktəbin direktoruna, müəllimlərə və şagirdlərə təşəkkür edərək imzalı kitabını əvvəl şəhid Adəm Əliyevin anası Akifə xanıma sonra isə məktəbin direktoru Vüqar müəllimə təqdim edib. Vüqar müəllim hədiyyəni qəbul edərkən şairəyə təşəkkürünü bildirib və qeyd edib ki, tədbir çox gözəl keçdi. Kitabdan məktəbin bütün şagirdləri istifadə edəcək. Tədbirdən sonra şairə Esmira Günəş şəhid Adəm Əliyevin adını daşıyan sinif otağında da olaraq, xatirə şəkilləri çəkdirib.
Dilarə Zeynalova
"Atributinfo.az"
