Sizin reklam burada
Sizin reklam burada
  • Şairə Esmira Günəşin kitablarının təqdimatı olub

    Aprelin 28 i Qubadlı rayon Kavdadıq kənd məktəbində şəhid Məhəmmədəli Həsənzadənin adını daşıyan sinifdə onun xatirəsinə həsr olunmuş anım tədbirilərək şairə Esmira Günəşin kitablarının təqdimatı olub.
    "Atributinfo.az" xəbər verir ki, tədbirdə şəhid ailələri, şairlər, kitabxanaçılar və məktəb kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra bir dəqiqəlik sükutla şəhidlər yad edilib. Daha sonra sıra ilə qonaqlar çıxış edərək ara-sıra məktəblilərin hazırladıqları şeir parçaları tədbirə ahəng qatıb. Şairə Esmira Günəş öz çıxışı zamanı şəhid Məhəmmədəli Həsənzadənin də yer aldığı "44 günün Sumqayıt qəhrəmanları" və "Qəlbimizdə yaşayanlar" kitablarını şəhidin anası Vüsalə xanıma təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ