Sizin reklam burada
Sizin reklam burada
  • Cəmilə Vasifqızı: "Ağlayır..."

    Cəmilə Vasifqızı: "Ağlayır..."
    Cəmilə Vasifqızı

    Ağlayır...

    Bir şəhid anası elə ağlayır,
    Fəryadı, naləsi ürək daglayır.
    Onun fəryadına, onun səsinə
    Məzarın üstündə güllər ağlayır...

    Bir bacı "can qardaş" deyib ağlayır,
    Gözünün yaşını töküb ağlayır,
    "Qardaş, şəhidliyin mübarək olsun",
    Deyərək ürəkdən yanıb ağlayır.

    Bir qadın otaqda səssiz ağlayır,
    Körpəsin bagrına sıxıb ağlayır,
    "Əzizim, məkanın qoy cənnət olsun!",
    Körpəyə "Yadigar" deyib ağlayır...

    Bir məgrur ata var, səssiz ağlayır,
    Oğlunun şəklinə baxıb ağlayır,
    Oğlum, sən başımı uca eylədin,"
    Deyərək həsrətdən çöküb aglayır...

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ