Sizin reklam burada
Sizin reklam burada
  • Həbsdə olan jurnalist Mahir Xəttabın son vəziyyəti açıqlanıb

    Həbsdə olan jurnalist Mahir Xəttabın son vəziyyəti açıqlanıb Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında vəkili ilə görüşüb.
    Bu barədə jurnalistin vəkili Araz Nurməmmədov deyib.
    Vəkil bildirib ki, jurnalsitin istintaq təcridxanasında saxlanma şəraiti normaldır: "Səhhətində ciddi narahatlıq hiss etmir. Saxlanma şəraiti də normaldır. Görüş zamanı Mahir Ələkbərov bildirdi ki, dövlətin ədalətinə güvənir və tezliklə həqiqətin öz yerini tapacağına ümid edir. Görüş zamanı Mahir Ələkbərov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılanlara qarşı çox yaxşı rəftar olunduğunu da bildirdi".
    Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ