"Mətbuatın dili: normalar və qaydalar" kitabı çapdan çıxıb. Vəsaitdə KİV-lərin dili üzərində aparılmış monitorinqlərin nəticələri ifadəsini tapıb. Azərbaycan Mətbuat Şurasının Dil üzrə monitorinq qrupu apardığı tədqiqatlarda leksik, qramatik, üslub və ifadə pozuntularını aşkara çıxarmış, bu sahədə müasir Azərbaycan dilinin işlənməsindəki tendensiyaları izləmiş, müsbət və özünü biruzə verən mənfi cəhətləri yüzlərlə konkret misallar əsasında şərh etmişdir.
Monitorinqə 50-yə yaxın media vasitəsi cəlb edilib. Tədqiqatçı alimlər - İlham Abbasov, Bəhrəm Məmmədov və İlkin Əsgər kitab üzərində gərgin və məhsuldar zəhmət sərf eləmələri göz önündədir. Kitabın redaktoru və ön sözün müəllifi Mərbuat Şurasının sədri Əflatun Amaşovdur. Rəyçi isə filologiya üzrə fəlsəfə doktotu Nəsibə Abbasovadır.
