İqbal Nehmet
SAĞ OLSUN...
Getdiyim gün qayıtmağa üz qoydum,
Pak bildiyim torpağıma diz qoydum,
Boş ciblərə pul yerinə söz qoydum,
Bilən bildi, bilməyənlər sag olsun!
Bir söz denən həm ağlayım,həm gülüm,
Dərdin varsa söylə mənə tən bölüm,
İki yol var ya olumdu, ya ölüm,
Hələ dözüb ölməyənlər sag olsun!
Dünən vardı, bu gün itdi, yox oldu,
Yeməsəm də bu gözlərim tox oldu,
Bəd günlərim xoş günümdən çox oldu,
Gələn gəldi,gəlməyənlər sag olsun.
