"Atributinfo.az" xəbər verir ki, qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib. Bir sıra məsələlər yerindəcə müsbət həllini tapıb. Bəzi müraciətlərin isə qeydiyyatı aparılıb və müvafiq dövlət qurumlarına sorğuların göndəriləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli RİH başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əli Qurbanov da iştirak edib.
Bəradər Səməndərli
"Atributinfo.az"
