Şəhidlərin əziz xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanan tədbirdə direktor daha sonra dedi:- Gənclərə diqqət və qayğı Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Dahi Şəxsiyyətin siyasi məktəbinin yetirməsi Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradır.
Əziz məzunlar, bu anlar bir qədər kövrək olsa da, mən sizinlə qürur duyuram. Çünki siz yüksək savadla bərabər, eləcə kollecdən Vətənə, xalqa sevgi dolu bir ürəklə ayrılırsınız. Oxuduğunuz zamanı təkcə auditoriyada deyil, eyni zamanda ictimai həyatda, təhsil ocağımızın bütün tədbirlərində fəallıq göstərmisiniz.
Sizi səmimi qəlbdən təbrik edirəm, hər birinizə qədəm qoyulan işıqlı yolda uğurlar arzulayıram. İnanıram ki, layiqli övlada kimi öz gözəl əməllərinizlə kollecimizin adına həmişə hörmət qazandırarsınız.
Tədbirə dəvət olunan qonaqlar Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Ağsaqqallar Şurasının sədri Natiq İbadov məzunlara gələcəkdə mənalı, dəyərli, sevdalı, halal yaşayıb firavan ömür-gün arzuladılar, onlara Ulu Öndər Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında günü-gündən çiçəklənən müstəqil respublikamızın əbədi yaşaması uğrunda mübarizə aparmağı bildirdilər.
Sevinc-sevincə qarışan, insanın qəlb dünyasına ilahi bir həzinlik gətirən tədbirdə tələbələr tərəfindən rəngarəng musiqi nömrələri ifa olundu, məzunlara ümumi orta müvəffəqiyyət göstəricilərinə və ictimai işlərdə fəallığına görə təşəkkürnamə təqdim edildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
