Sizin reklam burada
Sizin reklam burada
  • 15 iyun Milli Qurtuluş Günü münasibətilə YAP Qax rayon təşkilatı tədbir keçirib

    Qax rayonu Tasmalı kəndində 15 iyun Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı və Tasmalı kənd ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirib.

    "Atributinfo.az" xəbər verir ki, tədbirdə YAP Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov, YAP Qax rayon təşkilatı Tasmalı kənd ərazi partiya təşkilatının üzvləri və kənd sakinləri iştirak edib.
    Tədbiri giriş sözü ilə açan YAP Qax rayon təşkilatı Tasmalı kənd ərazi partiya təşkilatının sədri Məhərrəm Alagözov ilk əvvəl qonaqları salamlayıb. Daha sonra tədbiri açan Məhərrəm Alagözov bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
    YAP Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov isə çıxışında vurğulayıb ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 33 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. İlkin Abbasov ayrıca qeyd etdi ki, günümüzüdə Azərbaycan xalqı Qurtuluş Gününü artıq fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü isə tam təmin olunub.
    Tədbirdə çıxış edən Tasmalı kənd ərazi partiya təşkilatının üzvləri Ramilə Həbilova və Rəna Tağıyeva isə öz çıxışlarında bildiriblər ki, 1993-cü ilin yayında ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edib Bakıya gəldi və çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Məhz elə buna görə də Azərbaycan xalqı Ulu Öndəri heç zaman unutmayacaq.
    Elçin Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbinin şagirdləri də tədbir iştirakçılarını şerlərlə Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər.
    Tədbirin sonunda partiya sıralarına yeni qəbul olmuş üzvlərə partiya üzvlük vəsiqələri təqdim olunub.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ