Sizin reklam burada
Sizin reklam burada
  • Şagirdlər üçün "Azərbaycanda dini tolerantlıq" mövzusunda tədbir keçirilib

    Lerik rayonundakı Əli Hüseynov adına Dəstər kənd ümum orta ümumtəhsil məktəbində informatika müəllimi Tural Əliyev tərəfindən 9-cu sinif şagirdləri üçün "Azərbaycanda dini tolerantlıq" mövzusunda tədbir keçirilib. Mövzu ilə bağlı çıxış edən Tural müəllim bildirib ki, ölkəmizdə müxtəlif dini cərəyanlar mövcuddur və hər zaman da dini etiqad azadlığına hörmət olunur. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm də dini baxımından zəngindir, milli, irqi, dini zəmində heç bir ayrı-seçkilik yoxdur. Ən əsası isə bizdə vətəndaşların vicdan azadlığı hüququ birbaş Konstitusiyamızda, “Dini etiqad azadlığı haqqında” qanunda təsbit olunub. Odur ki, bizə qonaq gələn müxtəlif millətlərin nümayəndələrin buradakı min illər öncə formalaşmış, zaman keçdikcə yeni xüsusiyyətlər qazanmış tolerantlıq ənənələrinə yüksək qiymət vermələri sözün həqiqi mənasında qürur doğurur.
    Sağlam dini dəyərlərin təbliğinə toxunan Tural müəllim , həmçinin dini radikalizmin fəsadları və ona qarşı mübarizə istiqamətində görülən vacibi məsəllərdən danışıb.
    Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, eləcə şagirdlər ən çox düşündükləri suallara Tural müəllimin çıxışında düzgün cavab tapıb biliblər. Nümayiş olunan video-çarx da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Zəfər Orucoğlu,
    Azərbaycan Jurnalistlər Birliyin üzvü. 


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ