Sizin reklam burada
Sizin reklam burada
  • ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Kitabxana və İnformasiya Mərkəzində 5 İyun - Su Təsərrüfatı və Meliorasiya İşçiləri Gününə həsr olunan tədbir çərçivəsində Meliorasiya və hidrotexniki qurğular kafedrasının müəllimləri tərəfindən nəşr edilən yeni kitabların təqdimatı keçirilib.

    Tədbirdə dosent Könül Allahverdiyevin qələmə aldığı “Hidrometriya və axın tənzimlənməsi” dərsliyi, professor Mirnaib Mirsalahovun, Lamiyə Mirsalahovanın və dosent Könül Allahverdiyevanın müəllifi olduqları “Çirkab suların təmizlənməsi və suvarmada istifadə olunması” dərs vəsaiti, professor Mirnaib Mirsalahovun və dosent Namiq Davudovun birgə hazırladıqları “Ətraf mühitə təsirin qiymətləndirilməsi” dərs vəsaiti, həmçinin dosent Misirxan Həsənovun tərtib etdiyi “Hidravlika və pnevmatik sistemlər” fənni üzrə metodik vəsait barədə iştirakçılara ətraflı məlumat verilib.

    Təqdimat mərasimində çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov nəşrlərin aqrar və mühəndislik sahələrində təhsil alan tələbələr, magistrantlar, doktorantlar və mütəxəssislər üçün mühüm elmi-metodiki mənbələr olduğunu bildirib. O, su ehtiyatlarının səmərəli idarəolunması, ekoloji təhlükəsizliyin təmin edilməsi və müasir mühəndislik yanaşmalarının tətbiqinin ölkənin davamlı inkişaf prioritetləri sırasında yer aldığını vurğulayaraq, bu istiqamətdə hazırlanan elmi və tədris ədəbiyyatlarının əhəmiyyətini yüksək qiymətləndirib.

    Sonda müəlliflərə yeni nəşrlərin ərsəyə gətirilməsinə görə təşəkkür edilib, kitabların tədris prosesinə və elmi fəaliyyətə mühüm töhfə verəcəyi qeyd olunub.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ