Sizin reklam burada
Sizin reklam burada
  • Alxanlı - Zobucuq yolu düzəlmir ki, düzəlmir

    Alxanlı - Zobucuq yolu düzəlmir ki, düzəlmir Bu barədə 5 ildən çoxdur ki, yazılar gedir, məlumatlar verilir, lakin heç bir tədbir görülmür. Yəni, bu yol o qədər yarasız hala düşüb ki, əvvəllər hardasa cari təmirlə bərpa etmək olardı, lakin hal-hazırda getdikcə bu yol elə bərbad vəziyyətə düşür ki, burada hərəkət eləyən bütün maşınların nasazlığına səbəb olur. Yəni, alt hissələrin çuxura düşməsi nəticəsində maşınlarda problem yaradır. Bu barədə biz dəfələrlə "Azəravtoyol" Nəqliyyat Agentliyinə məlumat vermsək də, heç bir tədbir görülmür. Bu yaxınlarda Ger.az saytı bu barədə ətraflı çəkiliş etmiş və göstərmişdir. Bəzən insanlar elə düşünür ki, bu, öz rayonumuzda (Füzulidə) fəaliyyət göstərən yol idarəsinin vəzifəsidir, lakin həqiqətən belə deyil. Bu yol əsaslı təmirə dayanmalı və vəsait ayrılmalıdır. Həmin Füzuli rayonunda fəaliyyət göstərən 38 nömrəli Yol İdarəsinin səlahiyyəti və gücü daxilində deyil bu yolu bərpa eləmək. Buna görə də sakinlərimizin yol idarəsinə irad tutması düzgün deyil. Yalnız vətəndaşların müraciətlərinin əsasında bu məsələ həll oluna bilər. Belə ki, möhtərəm Prezident İlham Əliyev cənablarına müraciət etməli, bu yolun təmiri üçün vəsait ayırmalıdır. Düzdür, "Azəravtoyol" Nəqliyyat İdarəsi ayrılmış vəsaiti tam olduğu kimi yollara xərcləmir, çünki son zamanlar həmin qurumda gedən yoxlamalar göstərir ki, çoxlu yeyintilərə yol verilmişdir. Odur ki, bu barədə cənab Prezident İlham Əliyevi məlumatlandırmaq və ondan xahiş eləmək üçün onun vaxtında salınmış qəsəbələrin yolları normal şəklə gətirilməlidir.

    Qiyam Ərşadoğlu
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ