Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan Astarada seçicilərlə növbəti görüş

    "Mərasimdə Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə xanımın iştirakı xüsusi mənəvi əhəmiyyət daşıyırdı"- Rəşad Mahmudov

    Daim seçicilərinin yanında olan, vətəndaş probleminin həllini fəaliyyətinin əsas istiqamətləri hesab edən 79 saylı Astara seçki dairəsindən seçilən Milli Məclisin deputatı, millət vəkili, professor Rəşad Mahmudov bu gün həftəsonu olmasına baxmayaraq, seçicilərlə növbəti görüşlərini keçirib, rayonun müxtəlif yaşayış məntəqələrində vətəndaşlarla bir araya gəlib, onların müraciət və təkliflərini dinləyib.

    "Atributinfo.az" xəbər verir ki, günün ən yaddaqalan hadisələrindən biri isə Pənsər kəndində yeni özəl klinikanın açılış mərasimində millət vəkilinin iştirak etməsi olub:

    "Tarixən rayonumuzun mühüm yaşayış məntəqələrindən biri hesab edilən, coğrafi baxımdan da mərkəzi mövqedə yerləşən Pənsər kəndində fəaliyyətə başlayan bu tibb müəssisəsi rayonumuzda açılan ilk özəl klinika kimi xüsusi əhəmiyyət daşıyır."
    Bunu "atributinfo.az"a eksklüziv açıqlamasında deputat Rəşad Mahmudov deyib.

    "Açılış zamanı qeyd etdik ki, regionlarda bu cür müasir səhiyyə müəssisələrinin yaradılması ölkəmizdə son illər həyata keçirilən uğurlu səhiyyə siyasətinin və möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların mühüm nəticələrindən biridir. Sevindirici haldır ki, kənd mərkəzində yaradılan bu klinikada ginekologiya, kardiologiya və digər ixtisaslar üzrə müayinə və müalicələrin təşkili üçün zəruri şərait formalaşdırılır, əhalinin keyfiyyətli tibbi xidmətə çıxış imkanları daha da genişlənir,- deyə R. Mahmudov əlavə edib.

    Millət vəkili mərasimdə rayon ağsaqqalları ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun dəyərli anası Vahimə xanımın iştirakının da xüsusi mənəvi əhəmiyyət daşıdığını ayrıca dilə gətirib:

    "Vahimə xanım çıxışında bildirdi ki, belə bir tibb mərkəzinin məhz kənd əhalisinin istifadəsinə verilməsi, xüsusilə yaşlı insanların və ucqar ərazilərdə yaşayan vətəndaşların rahat şəkildə tibbi xidmət ala bilməsi böyük sevinc və qürur mənbəyidir. O, bu şəraitin yaradılmasına görə Azərbaycan xalqına, sahibkarlara və ölkə rəhbərliyinə öz dərin minnətdarlığını ifadə etdi.

    Bir həkim, səhiyyə işçisi və millət vəkili olaraq belə təşəbbüslərin şahidi olmaq mənə xüsusi məmnunluq verir. İnsanlarımızın sağlamlığına xidmət edən hər bir layihə ölkəmizin inkişafına, vətəndaşlarımızın rifahına verilən mühüm töhfədir."

    Onu da qeyd edək ki, millət vəkili günün davamında vətəndaşlarla həm kütləvi, həm də fərdi görüşlər keçirib, onları narahat edən məsələləri dinləyib, bir sıra müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlarla əlaqələndirmələr aparıb.

    Eyni zamanda, Rəşad Mahmudov yas mərasimində iştirak edərək əzizlərini itirmiş ailələrə dərin hüznlə başsağlığı verib, onların kədərini bölüşüb:

    "Allah bütün vətəndaşlarımıza sağlam, mənalı və bərəkətli ömür nəsib etsin. Hər zaman olduğu kimi, sevincinizdə də, kədərinizdə də yanınızda olmaq mənim üçün böyük məsuliyyət və şərəfdir.

    Hər birinizi sevir, sizlərə möhkəm cansağlığı, əmin-amanlıq və firavan günlər arzulayıram."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ