"Atributinfo.az" xəbər verir ki, nümayəndə heyətinə rəhbərlik edən AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov qonaqlara Gəncə şəhərinin tarixindən, Azərbaycan tarixində oynadığı roldan, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olmasından, Azərbaycan xaqının Ümummilli Lideri Heydər Əliyevin Azzərbaycana rəhbərlik etdiyi hər iki dövrdə şəhərin inkişafına verdiyi töhfələrin bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.
Görüş zamanı AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Alimuxtar Muxtarov Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının bəşəri dəyərlərini dünya miqyasında təmsil və təbliğ edən dünya şairi olmasını qonaqların diqqətə çatdırıb. Tədqiqatçı qeyd edib ki, istər Şərqdə, istərsə də Qərb ölkələrində Nizami irsinin, yaradıcılığıın sevilə-sevilə böyük maraqla öyrənilməsinin əsas səbələrindən biri dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığında yer alan tolerantlıq, multikulturalizm, birgəyaşayış, humanizm kimi ideyaların aparıcı olmasıdır.
Ə.Muxtarov Azərbaycan nizamişümaslığının, dahi şairin məqbərəsinin tarixindən qonaqlara söhbət açaraq qed edib ki, bir əsrdən artıq tarixə malik olan Azərbaycn Nizamişünaslığının intibah dövrü Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin XX əsrin 60-cı illərinin sonlarından başlayaraq dahi mütəfəkkirin irsinin öyrənilməsi, tərcüməsi, yubileylərinin qeyd edilməsi və məqbərəsinin qorunması, bərpası istiqamətində həyata keçirdiyi dövlət tədbirlərinin tarixi əhəmiyyətini və bu siyasətin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daha inkişaf etdirilərək uğurla davam etdirildiyini, cənab Prezidentimizin dahi mütəfəkkirin 870 və 880 illik yubileylərinin qeyd edilməsi ilə bağlı imzaladığ Sərəncmlardan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsini və Azərbayan Prezidentinin himayəsi altında həyata keçirilən Qlobal Bakı Forumlarının tarixi m
Qonqlar- həm Neil Watson, həm də Patrick Walsh da öz növbələrində Avropada Nizami irsinin XVII əsrdən öyrənilməyə başlamasını vurğulamqala yanaşı, Nizami Gəncəvinin tədiqatçısı olan hər bir xarici ölkə aliminin həyatında bir dəfə də olsa, Gəncəni- dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etməsinin zəruriliyini qeyd edib. “ Nizaminin vətəni, məqbərəsi insanda elə duyğular formalaşdırı ki, sanki bu sehrli, müqəddəs məkanda Nizami özü səninlə danışır”.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Nizami Gəncəvi Muzeyini ziyarət edərək, böyük Azərbaycan şairinin Muzeydə sərgilənən əlyazmaları ilə tanış olublar. Qonaqları müşayiət edən alimlər arasında GDU-nun dosenti Saida Ismailzade və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəl.ü.f.d., dos. Zöhrə Əliyeva da iştirak edərək müzakirələrdə iştirak etmişlər.
Bəradər
"Atributinfo.az"
