Sizin reklam burada
Sizin reklam burada
  • “Şəhərsalma mədəniyyəti: ənənə və müasirliyin sintezi”

    Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən Yaylaq düşərgəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü günündə gənc fəallarla “Şəhərsalma mədəniyyəti: ənənə və müasirliyin sintezi” mövzusunda görüş keçirilib.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Görüşdə çıxış edən Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov şəhərlərin xalqın tarixini, mədəniyyətini, həyat tərzini və gələcəyə baxışını əks etdirən canlı məkanlar olduğunu vurğulayıb, şəhərsalma mədəniyyətində ənənə ilə müasirliyin uzlaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

    Qeyd olunub ki, Azərbaycan son illərdə bu istiqamətdə özünəməxsus şəhərsalma yanaşması formalaşdırıb. Bu yanaşmanın əsas xüsusiyyəti müasir texnologiyaların tətbiqi ilə milli memarlıq irsinin qorunmasının vəhdət təşkil etməsidir. Şəhərlərin inkişafında yalnız estetik görünüş deyil, insanların rahatlığı, ekoloji tarazlıq, sosial inteqrasiya və mədəni irsin yaşadılması da əsas prinsiplər kimi qəbul edilir. Həmçinin vurğulanıb ki, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) Azərbaycanın şəhərsalma sahəsində qazandığı təcrübənin beynəlxalq ictimaiyyətlə paylaşılması baxımından mühüm platforma rolunu oynayıb.

    Müzakirələr zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələrinin müasir şəhərsalma standartlarının uğurlu nümunəsi olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları milli memarlıq elementləri ilə harmonik şəkildə birləşdirilərək gələcəyin yaşayış məkanlarının formalaşdırılmasına xidmət edir.

    Çıxışlarda gənclərin bu prosesdə mühüm rol oynadığı vurğulanaraq, onların həm milli irsin qorunmasına, həm də innovativ ideyaların tətbiqinə töhfə vermələrinin vacibliyi qeyd edilib.

    Diskussiya zamanı gənclər mövzu ilə bağlı fikirlərini bölüşərək fəal müzakirələr aparıblar.

    Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə başa çatıb.

    Daha sonra iştirakçıların Göygöl Milli Parkına ekskursiyası təşkil olunub. Gənclər parkın təbii gözəllikləri ilə yaxından tanış olub, Göygölün yaranma tarixi haqqında məlumat əldə ediblər. Ekskursiya zamanı ətraf mühitin qorunmasının əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb.

    Həmin gün layihə iştirakçıları arasında tir atıcılığı üzrə idman yarışı və “Zamanın izində: tarix və inkişaf” mövzusunda Breyn-rinq formatında intellektual oyun da keçirilib.

    “Şəhərsalma mədəniyyəti: ənənə və müasirliyin sintezi”









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ