Sizin reklam burada
Sizin reklam burada
  • Bəzən şəkillər insanın özündən daha çox danışır…

    Kamil bəy yaxşı dost, sədaqətli yol yoldaşı və fədakar insan idi. Uzun illər birlikdə yol getdik, çətinlikləri də, sevincləri də bölüşdük, eyni amal uğrunda mübarizə apardıq. O, heç vaxt yorulmadı, heç vaxt usanmadı.

    Uzun sürən xəstəlik onu fiziki cəhətdən zəiflətsə də, güclü ruhunu sındıra bilmədi. Ömrünün son saatlarında dostlarını görmək istədi. Yanına getdik, halallaşdıq, sağollaşdıq. Arada gözlərini açır, bir ömür boyu unutmayacağımız sözlər söyləyirdi. Onun səmimiyyəti, mərdliyi və özünəməxsus zarafatları yaddaşımızda daim yaşayacaq.

    Təəssüf ki, bu dünyadan çox tez köçdü. Ancaq insanı yaşadan ömrünün uzunluğu deyil, arxasında qoyduğu xoş xatirələr, yaxşı əməllərdir. Son nəfəsində əlimi tutub “sən yaxşı dost, xeyirxah insansan” dedin. Bu sözlər mənə buraxdığın ən qiymətli miras oldu.

    Ruhun şad olsun, əziz dost. Xatirən daim hörmətlə, ehtiramla və minnətdarlıqla anılacaq.

    Ehtiram Mehtiyev
    Milli Cəbhə Partiyasının sədr müavini






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ