"Atributinfo.az" xəbər verir ki, aksiya çərçivəsində ətraf mühitin mühafizəsinə dəstək məqsədilə yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər görülüb. Tədbir iştirakçıları təbiətin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayaraq ekoloji tarazlığın qorunmasına öz töhfələrini veriblər.
Bu cür təşəbbüslər gənclərdə ekoloji məsuliyyət hissinin formalaşdırılmasına, təbiətə qayğı mədəniyyətinin təşviqinə və yaşıl gələcəyin qurulmasına xidmət edir.
Sən də ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə və ictimai təşəbbüslərdə iştirak edərək yaşıl gələcəyin bir parçası ola bilərsən.
Təbiəti qoruyaq, gələcəyimizi yaşıllaşdıraq!
Bəradər Səməndərli
"Atributinfo.az"
