"Atributinfo.az" xəbər verir ki, tədbirdə YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov, aparat əməkdaşları və ƏPT üzrə partiya təşkilatının fəalları iştirak ediblər.
Öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi sükutla yad edilib.
Çıxış edənlər Vüqar Abbasov, Astara rayon Statistika İdarəsinin müdiri Rəşad Cahangirov və partiya fəalı Şövqiyyə Məmmədova 1993-cü il iyunun 15-dən - Milli Qurtuluş Günündən başlayan və Azərbaycana tarixi uğurlar, dinamik inkişaf, şanlı Zəfər qazandıran şərəfli yola nəzər salaraq bildirmişlər ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Bəradər
"Atributinfo.az"
