Sizin reklam burada
Sizin reklam burada
  • Deputat "Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimat tədbirində iştirak edib

    "Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimat tədbirində iştirak etdim."

    Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli "atributinfo .az"a açıqlamasında bildirib.
    O, əlavə edib ki tədbir çərçivəsində ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı, vətəndaşların sağlamlıq məlumatlarının vahid platformada idarə olunması, süni intellektin səhiyyədə tətbiqi və Tibbi Rəqəmsal Əkiz Sisteminin yaratdığı imkanlar barədə ətraflı məlumat verildi:

    "Rəqəmsal transformasiya sahəsində həyata keçirilən bu mühüm təşəbbüs Azərbaycan səhiyyəsinin gələcək inkişafına və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcək."- millət vəkili deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"











    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ