Nəticədə partiya sədrinin əslində demədiyi, heç bir halda işlətmədiyi ifadələr başlıq formasında təqdim edilir, daha sonra isə həmin saxta məzmun sosial şəbəkələrdə geniş şəkildə ttirajlanır. Məlumatların eyni məzmun və eyni tezislərlə müxtəlif platformalarda paylaşılması isə bu fəaliyyətin təsadüfi deyil, məqsədli və koordinasiyalı xarakter daşıdığını göstərir.
Fikir və söz azadlığı heç kəsə yalan məlumat yaymaq, şər və böhtan xarakterli informasiyalar tirajlamaq, şəxsin şərəf və ləyaqətinə, habelə siyasi partiyanın və ya digər qurumun nüfuzuna qəsdən zərər vurmaq hüququ vermir.
Xüsusilə qeyd edilməlidir ki, müasir dövrdə süni intellekt və digər rəqəmsal texnologiyaların imkanlarından istifadə edilməklə saxta məlumatların hazırlanması və yayılması nəinki etik qaydalara ziddir, həmçinin cinayət məsuliyyəti yaradan haldır. Şəxsin demədiyi fikirlərin ona aid edilməsi, manipulyativ başlıqlardan istifadə olunması və ictimai rəyin qəsdən yanlış istiqamətə yönləndirilməsi nə jurnalistika prinsiplərinə, nə peşə, nə də hüququn fundamental normalarına uyğun gəlir.
Təbii ki, bu kampaniyada məqsədli şəkildə iştirak edən, yalan və saxta məlumatların hazırlanmasında, yayılmasında və tirajlanmasında rol alan hər bir şəxsə münasibətdə qanunun verdiyi imkanlar çərçivəsində hüquqi mübarizə aparılacaq. Çünki hüquqi dövlətdə siyasi fəaliyyətin, ictimai müzakirələrin və media fəaliyyətinin sərhədi tənqid deyil, qəsdən yayılan yalan məlumatlar, böhtan və nüfuza zərər vurmağa yönəlmiş hərəkətlərlə müəyyən olunur.
Vüqar Dadaşov
MCP başqanı müavini,
hüquqşünas.
