Sizin reklam burada
Sizin reklam burada
  • Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevlə Prezident Administrasiyasında görüş keçirilmişdir qəbul edilmişdir

    Görüş Bu barədə məlumat redaksiyamıza Partiyanın Mətbuat xidməti tərəfindən verilmişdir.
    Cari ilin 2 iyun tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilmiş görüş zamanı ölkənin daxili siyasi həyatı və partiyaların fəaliyyəti ilə əlaqədar geniş fikir mübadiləsi aparılmışdır.
    Ölkədə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti, keçmiş qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən misilsiz işlər, infrastruktur layihələri, habelə müxtəlif sahələrin inkişafı ilə bağlı dövlətin konkret təşəbbüsləri ətrafında müzakirələr aparılmışdır. Görüş çərçivəsində həmçinin informasiya məkanında vaxtaşırı şəkildə təkrarlanan qərəzli təxribatlar ilə mübarizədə fəal mövqeyin nümayişinin zəruriliyi də xüsusi olaraq vurğulanmışdır.
    Eyni zamanda bildirilmişdir ki, Milli Məclisdə təmsil olunan müxalif siyasi partiyalarının qanunvericilik prosesində işində nümayiş etdirdiyi fəallıq təqdirəlayiqdiır. Qeyd olunmuşdur ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan iqtidar-müxalifət siyasi dialoq ölkədə milli həmrəyliyin qorunması prosesində müstəsna əhəmiyyətə malikdir.
    Milli Məclisin deputatıPartiya sədri müzakirələr zamanı vurğulamışdır ki, sağlam əməkdaşlığın nəticəsində fəal siyasi instituta çevrilən siyasi partiyaların ictimai diskussiyalarda müzakirələrdə iştirakı ölkənin dayanıqlı demokratik ənənələrinin formalaşması prosesinə də müsbət təsir edir.
    Razi Nurullayev rəhbərlik etdiyi Milli Cəbhə Partiyası tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumat verərək qeyd etmişdir ki, indidən bundan sonra da dialoq ənənələrə sadiq qalacaq və milli maraqlara xidmət edən bütün təşəbbüslərə dəstək göstərəcəkdir.
    Prezident Administrasiyasının rəsmisi Milli Cəbhə Partiyasının tərəfindən həyata keçirilən layihələrin, Partiyanın dövlətçilik mövqeyinin siyasi dialoq prosesində müsbət qarşılandığını bildirmiş və milli maraqların və dövlətçilik mövqeyinin qorunmasında fəal iştirakını yüksək qiymətləndirərək Partiyanın işinə uğurlar arzulamışdır.

    Milli Cəbhə Partiyasının Mətbuat xidməti

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ