Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı rayonunda “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirilib

    Saatlı Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonunda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və uşaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Elmir Bağırov qeyd edib ki, uşaqlar cəmiyyətimizin gələcəyi, xalqımızın ən qiymətli sərvətidir. Onların sağlam, savadlı, vətənpərvər və xoşbəxt böyüməsi dövlət siyasətimizin əsas prioritet istiqamətlərindəndir. O, həmçinin vurğulayıb ki, bu gün ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların təhsili, inkişafı və rifahı üçün geniş imkanlar yaradılmışdır. Hal-hazırda da gənc nəslin bilikli, bacarıqlı və vətəninə layiqli övladlar kimi formalaşması üçün ölkəmizdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, onların rifahının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Daha sonra tədbir geniş konsert proqramı ilə davam edib. Uşaqların ifasında bir-birindən maraqlı rəqs və musiqi nömrələri nümayiş olunub, rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Şən klounun maraqlı zarafatları və əyləncəli səhnələri uşaqlarda xoş ovqat yaradaraq bayram əhval-ruhiyyəsini daha da artırıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ