Dövlət Sərhəd Xidmətinidən bildirilib ki, səfər çərçivəsində qeyd olunan stansiyalarda mövcud infrastruktur, sərhəd və gömrük nəzarətinin təşkili vəziyyəti, sərnişin və yük daşımalarının operativ və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yaradılmış şərait, eləcə də xidmətin təşkili ilə bağlı mövcud mexanizmlər yerində yoxlanılıb. Baxış zamanı sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi, rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin nəqliyyat təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilib, aidiyyəti üzrə qarşıda duran vəzifələr müəyyən edilib.
Qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizləri üzrə təhlükəsiz və fasiləsiz daşımaların həyata keçirilməsi, eləcə də vətəndaş məmnuniyyətinin artırılması məqsədilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyət bundan sonra da davam etdiriləcək.
