Daim seçicilərinin yanında olmağı, vətəndaş qəbulunu fəaliyyətinin əsas istiqamətləri hesab edən Şabran rayonundan seçilən Milli Məclisin deputatı Mahir Süleymanlı ötən gün - 28 may 2026-cı il tarixində ənənəyə sadiq qalaraq, Şabran rayonunda növbəti vətəndaş qəbulunu keçirib.
"Atributinfo.az" məlumat verir ki, qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq qeydlər aparılıb.