Sizin reklam burada
Sizin reklam burada
  • Məşhur Məmmədovdan Qurban bayramında xeyriyyə aksiyası

    Millət vəkili əsasən şəhid ailələrini, qaziləri, Vətən müharibəsi iştirakçılarını, eləcə də aztəminatlı ailələri qurban əti sovqatları ilə təmin edib

    "Qurban Bayramında şəhid ailələrimizin, qazilərimizin, Vətən müharibəsi iştirakçılarının və aztəminatlı ailələrin yanında olmaq bizim həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur. Milli-mənəvi dəyərlərimizi yaşadan paylaşmaq, yardımlaşmaq və insanlara dayaq olmaq ənənəsini davam etdirməyə çalışırıq."

    Bunu "atributinfo.az"a eksklüziv açıqlamasında 79 saylı Masallı seçki dairəsindən seçilən Milli Məclisin deputatı, millət vəkili Məşhur Məmmədov deyib.

    Millət vəkili bildirib ki, bu münasibətlə təşkil etdiyimiz növbəti xeyriyyə aksiyası çərçivəsində ümumilikdə 1561 ailəyə qurban payı çatdırıldı. Yardımlardan 66 şəhid ailəsi, 129 qazi, 311 Vətən müharibəsi iştirakçısı və 1055 aztəminatlı ailə faydalandı. Ümumilikdə 3378 kiloqram qurban əti ailələrə təqdim olundu:

    "Bayram sevincini bölüşmək, insanların dualarında yer almaq bizim üçün ən böyük mənəvi qazancdır. Şəhid ailələrinə, qazilərimizə və həssas kateqoriyadan olan insanlara diqqət və qayğı bundan sonra da davam edəcək.

    Qurban Bayramınız mübarək olsun! Allah kəsilən qurbanları, edilən duaları qəbul eləsin!"- Məşhur Məmmədov deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ