"Atributinfo.az" xəbər verir ki, yarışın açılış mərasimində ilk öncə Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxıç edərək qeyd etdi ki, adını dünya tarixinə güclü, nüfuzlu və qalib ölkə kimi yazdırmış müasir, müstəqil Azərbaycan bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli və uğurli siyasəti nəticəsində çatmışdır. Heydər Əliyev ideyalarının ən etibarlı və sədaqətli davamçısı olan cənab Prezident İlham Əliyev bu gün Azərbaycanı uca zirvələrə doğru inamla aparır.
Qax Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Pərvanə İsmayılova isə öz çıxışında Ümummilli Liderin rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə, gənclərimizin idmana olan marağının artırılmasına istiqamətlənən qayğısını xatırlatdı. Həqiqətən belə tədbirlərin gənclərimizin idmana olan marağını artırdığını bildirdi.
Qax rayon MX PHŞ direktoru Tərlan Əhmədzadə çxış edərək müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyev irsinin öyrənilərək gənclərə, gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd etdi və yarış iştirakçılarna uğurlar arzuladı.
Yarışda birinci yerin qalibi İsmayılov Cahid Sərxan oğlu, ikinci yerin qalibi Əliyev Fizuli Cərullah oğlu, üçüncü yerin qalibi isə Əhmədli Rahilə Anar qızı olaraq müəyyənləşdi. Qaliblər YAP Qax rayon təşkilatı tərəfindən medal, diplom və hədiyyələrlə təltif edildilər. Həmçinin Süleymanov Sərxan, Ramazanlı Sərdar, Nardaraşvili Elizbara yarışda fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edildi.
Sonda Qax Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin kollektivinə belə tədbirlərin təşkili və səmərəli fəaliiyyətə görə YAP Qax rayon təşkilatı tərəfindən Fəxri Fərman təqdim olundu.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
